.: LİSEY HAQQINDA :..

Standard

TÜRKİYƏ DİYANƏT VƏQFİ BAKI TÜRK LİTSEYİ

01

1. QURULUŞU

Türkiyə Diyanət Vəqfi Bakı Türk Liseyi, BDU-nun rektorunun və TDV-nin səlahiyyətli şəxslərinin 13.06.1994- cü ildə imzaladığı protokola əsasən Azərbaycan Respublikası Təhsil Nazirinin 03.08.1994-cü il 502 saylı əmri ilə BDU nəzdində dünyəvi təhsil həyata keçirən lisey olaraq fəaliyyətə başlamışdır. Lisey 16 ildir ki, təhsil fəaliyyətini davam etdirir.

2. LİSEYİN MALİYYƏLƏŞDİRİLMƏSİ

TDV Bakı Türk Liseyində təhsil pulsuzdur və liseyin bütün maddi xərclərini     (müəllim və işçi maaşları, təmir işləri, vergi, yeməkxana, təhsil haqları, cari xərclər) Türkiyə Diyanət Vəqfi təmin edir.

3. ŞAGİRD SAYI

TDV Bakı Türk Liseyində hal-hazırda 5-11 siniflərdə 525 oğlan və 270 qız olmaqla toplam 844 şagird təhsil alır.

4. ŞAGİRD QƏBULU

TDV Bakı Türk Liseyində 4-cü sinfi bitirən şagirdlər qəbul olunur. Qəbul imtahanı test üsulu ilə həyata keçirilir. İmtahanda şagirdlər Azərbaycan dili və riyaziyyat fənləri üzrə 80 suala cavab verirlər. hər il may ayının əvvəlindən başlayan qəbul müraciətləri may ayının axırına kimi davam edir. İyun ayının birinci bazar günü qəbul imtahanı keçirilir.

5. MÜƏLLİM SAYI VƏ QƏBULU

TDV Bakı Türk Liseyində şagirdlərin təhsil və tərbiyəsi ilə 110 nəfər müəllim məşğul olur. 2004-cü ildən lisey müdiri təyin edilən K.Bektaşoğludan başqa bütün şagird və müəllim kollektivi Azərbaycan vətəndaşıdır. Liseyə müəllim qəbulu Lisey müdiriyyəti tərəfindən təşkil olunan imtahan yolu ilə aparılır.

6. TƏDRİS PROQRAMI VƏ DİLİ

TDV Bakı Türk Liseyində dərslər Azərbaycan Respublikası Təhsil Nazirliyinin hər il təsdiq etdiyi proqram əsasında keçirilir və bütün dərsliklər Azərbaycan Respublikasının orta məktəblərində keçirilən dərsliklərdir. Tədris dili Azərbaycan dilidir. Şagirdlərə əlavə olaraq türk dili, ingilis dili və ərəb dili xarici dil kimi tədris edilir.

7. AÇILIŞ MƏQSƏDİ

Liseyin başlıca məqsədi iki qardaş ölkənin dostluq təməllərini möhkəmləndirən, yüksək bilik, mədəniyyət və əxlaq anlayışını mənimsəyən, idealist, vətəninə, millətinə və bayrağına sahib çıxan, dövlətinə xidmət etmək üçün bütün bilik və bacarığını sərf edən, dövlət böyüklərinə böyük məhəbbət bəsləyən, onların yolunu özünə nümunə seçən, Türk dünyasına və bütün dünyaya barış, əmin-amanlıq gətirmək üçün əlindən gələni əsirgəməyən, xalqının qarşısında məsuliyyət hiss edən, özünə tam inanan, millətinə və insanlığa xidmət edən, Azərbaycan Dövlətinin mənafeyini qoruyan, milli hədəflərə sadiq, müasir biliklərə sahib, çalışqan, fədakar, əxlaqlı gənc nəsillər yetişdirməkdir.

8. MƏZUNİYYƏT VƏ MƏZUN SAYI

TDV Bakı Türk Liseyində 2001-ci tədris ilindən 2012-ci tədris ilinə qədər 12  buraxılış məzuniyyəti olmuşdur. İndiyədək Liseydən 573 nəfər şagird məzun olmuşdur. Məzunlarımız Azərbaycan universitetləri başda olmaqla Türkiyə, Rusiya, Amerika, Almaniya, Fransa, İsveç, İngiltərə, Polşa, Bolqarıstan və başqa Avropa universitetləri olmaqla dünyanın 39 ölkəsində təhsilini başa vurmuş, ya da hal-hazırda təhsilini davam etdirirlər.

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s